• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2084
— 17.04.2019 12:05

Dairəvi yolda aşan maşın tıxaca səbəb oldu

KepezTV Player

Bakıda səhər saatlarında iki avtomobilin iştirakı ilə yol qəzası baş verib. Bakı Dairəvi-1 yolunun şəhər istiqamətindəki zolağında "Mercedes" və "Renault" markalı avtomobillər toqquşub. Toqquşma nəticəsində "Renault" yol kənarındakı su ötürücüsünə aşıb. Qəzada ciddi xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib. Hadisə səbəbindən yolda tıxac yaranıb, qəza yerinə Dövlət Yol Polisinin əməkdaşları cəlb olunublar.