• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1712
— 17.04.2019 12:08

Ermənistanla sərhəddəki məntəqələrin döyüş fəaliyyəti yoxlanılıb

KepezTV Player

Dövlət Sərhəd Xidmətinin rəisi gene­ral-polkovnik Elçin Quliyev xidmətin Sərhəd Qo­şun­ları­nın “Qazax” sərhəd dəs­tə­sinin Ermənistanla dövlət sər­hə­dində yerləşən sərhəd döyüş məntəqə­lə­rin­in xidmə­ti-döyüş fəaliyyətini yox­layıb. Azərbaycan Prezidenti, Si­lah­lı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarının yerinə ye­tirilməsi isti­qa­mətində həyata keçirilən tədbirlərin gedişatı, “Qazax” sər­həd dəstəsinin xid­­mə­ti əra­­zisindəki əməliyyat şəraiti, müdafiə mövqe­lərinin möhkəmləndirilməsi, mühəndis-isteh­kam tədbirlərinin gücləndi­ril­məsi üzrə tapşı­rıq­ların icra vəziyyəti haqqın­da məru­zələr dinlənil­ib. Dövlət sərhədində müasir sər­həd müha­fi­zə infra­struktu­runun formalaşdırılması, sər­həd döyüş məntəqə­lə­­rin­də ye­ni xidməti binaların inşa edilməsi, yeni yolların sa­lınması, sə­naye işığının və qaz xətlərinin çə­kilməsi məqsədi ilə görü­lən işlərə ba­xış keçirilib, bu fəaliyyətin güc­ləndirilməsi üzrə göstərişlər ve­­ril­ib. Sərhəd döyüş məntəqələrində tikinti-inşaat işlərinin görülməsin­də fərqlən­diklərinə görə Dövlət Sərhəd Xidmətinin rəisi tərəfindən “Hərbi əmək­daşlıq sahəsində xidmətlərə görə” me­dalı ilə təltif edilən yerli sakinlərə medallar təqdim olunub, bilavasitə təmas xəttində sərhədçilərlə birgə dövlət sərhədinin mühafizəsi üçün çalışdıq­larına görə minnətdarlıq bildirilib, çay süfrəsi arxasında söhbət aparıl­ıb.