
Yapon drifter Dayqo Sayto dünyada ilk dəfə yeni 2JZ motorlu Toyota Supra hazırlanmasını başa çatdırıb. Driftkar Saytonun şəxsi Fat Five Racing atelyesi tərəfindən ərsəyə gəlib. İşlər 42 gün çəkib. O güc sistemində güclü dəyişikliklərə məruz qalıb və indi 800 at gücündədir. Seriyalı Supra 3 litrlik “6-lıq” BMW motoru ilə təhciz olunub. Onun at gücü isə 340-a bərabərdir.
- Baxış: 491