• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1056
— 16.04.2019 23:57

Göygöldə 31 yaşlı kişi bıcaqlanıb

KepezTV Player

Göygöl rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb. Tülallar kəndində yerli sakin 31 yaşlı İntiqam Məmmədov döş qəfəsindən bıçaqlanıb. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının cərrahiyyə şöbəsinə çatdırılıb. Zərərçəkən əməliyyat edilib və palataya yerləşdirilib. Hadisəni törətməkdə şübhəli bilinən 32 yaşlı Elnur İsayev saxlanılıb. Hadisə kənddə keçirilən doğum günü mərasimində baş verib. Sərxoş olan hər iki şəxs arasında mübahisə yaranıb və onlardan biri bıçağa əl ataraq digərini yaralayıb. Faktla bağlı araşdırma aparılır.

Elnur Vahidoğlu