• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 793
— 16.04.2019 16:53

“Kəpəz” “Sumqayıt-2”-yə qarşı

KepezTV Player

Futbol üzrə Azərbaycan I divizionunda 23-cü tura start verilib. “Kəpəz” tur çərçivəsində sabah doğma azarkeşləri qarşısında “Sumqayıt-2”ni qəbul edəcək. Komanda bu gün görüş öncəsi son məşqinə çıxıb. Təxminən 1 saata yaxın davam edən hazırlıqda şərti olaraq yaşıl və qırmızı rənglərə ayrılan futbolçular ikitərəfli oyunda qüvvələrini sınayıblar. Sumqayıt kollektivi  ilə görüşə sarı-göylər itki ilə çıxacaq. Belə ki, ötən tur ciddi zədələnən Sənan Həsənov meydanda olmayacaq. Tam hazır olmayan Nicat Verdiyevin durumu isə oyun vaxtı bilinəcək. “Kəpəz” – “Sumqayıt-2” görüşünün start fiti saat 15-də çalınacaq.

Orxan Cəfərzadə