• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1006
— 16.04.2019 16:47

Göygöldə qızılca və məxmərək xəstəliklərinə qarşı aparılan peyvəndləmə işləri başa çatdırılıb

KepezTV Player

Səhiyyə nazirliyinin əmrinə əsasən ölkədə qızılca və məxmərək xəstəliklərinə qarşı aparılan peyvəndləmə işləri Göygöldə başa çatdırılıb. Rayon Mərkəzi xəstəxanası poliklina şöbəsi ilə yanaşı 2 kənd xəstəxanası və 8 kənd həkim məntəqəsində könüllülük prinsipi ilə həyata keçirilən immunlaşdırmada  vətəndaşlar kütləvilik nümayiş etdirib. Nəticədə aprelin sonunadək nəzərdə tutulan peyvəndləməyə vaxtından tez yekun vurulub.  Rayon üçün göndərilən 400 doza peyvənd tam olaraq istifadə olunub. Bununla belə peyvənddən kənarda qalan və peyvənd olunmaq istəyən hər bir vətəndaş əlavə olaraq vaksinlə təmin olunacaqlar.

Eldar Muradov Göygöl RMX-nın baş həkimin müavini:Aprel ayının 24-ü 30- u tarixində respublikada əlavə immunlaşdırma həftəsi keçiriləcək. Bunun üçün səhiyyə nazirliyi tərəfindən xüsusi əmr imzalanıb. Bu müddət ərzində əhaliyə imkan verilib ki, hər hansı bir səbəbdən peyvənd almayan və hər hansı bir peyvənd almayan o cümlədən qızılca peyvəndi almayan vətəndaşlar, həmin dövrdə müraciət edə bilərlər ərazi poliklinikalarına və ərazi poliklinikalarında vaksinasyalarını tamamlıya bilərlər.