• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1810
— 16.04.2019 16:42

Kartof, soğan və kələm ucuzlaşmaqdadır

KepezTV Player

Bu ilin mart ayının sonunda və aprel ayının əvvəlində kartof, soğan və kələmin qiymətində ciddi artım müşahidə olunub. İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin birgə açıqlamasında bildirilir ki, daxili bazarın tənzimlənməsi və qiymətlərin sabitləşməsi məqsədilə kartof, soğan və kələmin ixracına müddətli rüsumun tətbiqi, soğan idxalına spesifik rüsumun may ayının 31-dək ləğv edilməsi, həmçinin faraş kartof, soğan və kələmin satışa çıxarılması nəticəsində bazarda bu məhsulların təklifi artmış və aprel ayının ikinci ongünlüyündən başlayaraq qiymətlərdə ucuzlaşma müşahidə edilir. "Belə ki, artıq kartofun 1 kiloqramı bazarlarda 70 qəpikdən, marketlərdə 79 qəpikdən, soğanın 1 kiloqramı bazarlarda 70 qəpikdən, marketlərdə 1 manat 9 qəpikdən, kələmin 1 kiloqramı bazarlarda 1 manatdan, marketlərdə isə 1 manat 29 qəpikdən başlayan qiymətlərlə təklif olunur. Bu isə əvvəlki qiymətlərlə müqayisədə əhəmiyyətli dərəcədə aşağıdır. Mövsümlə bağlı bazara çıxarılan kartof, soğan və kələmin miqdarının artması ilə əlaqədar bu məhsulların daha da ucuzlaşacağı gözlənilir