KepezTV Player
“Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi tərəfindən Türkiyənin Kırıkkale bölgəsində inşa edilən “Belarus” markalı traktor istehsalı zavodunun açılışı olub. Azərbaycan-Türkiyə İstehsalat Birliyi tərəfindən idarə olunacaq zavodun sərmayə dəyəri 17 milyon ABŞ dollar təşkil edir. Bu vaxta qədər görülən işlərə ümumilikdə 5 milyon dollar vəsait sərf olunub. Gələcəkdə zavodda azərbaycanlı mütəxəssislərin də işləməsi nəzərdə tutulub.Zavodla tanışlıqdan sonra burada yığılan ilk traktorların sınaq hərəkəti keçirilib. Aprelin 16-da Ankarada Türkiyə-Belarus Biznes Forumu təşkil olunacaq. Forum çərçivəsində gələcəkdə istehsal olunacaq “Belarus” traktorlarının təqdimatı da olacaq. Azərbaycan nümayəndə heyəti təqdimatda iştirak edəcək.
- Baxış: 881