• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1811
— 16.04.2019 13:29

Başqasının əvəzinə imtahan verən şəxslər barədə cinayət işi başlanıb

KepezTV Player

2018-ci ildə keçirilən qəbul imtahanlarında imtahanda iştirak etməli olan abituriyentlərin əvəzinə başqalarının iştirakına şərait yaradan şəxslər saxlanılıblar. Faktla bağlı Göygöl sakini Təbib Alışanlı və Gəncə sakini İbadət Novruzov cinayət məsuliyyətinə cəlb edilib. Həmin şəxslər rəsmi sənədləri saxtalaşdırmağa cəhd ediblər.Dövlət İmtahan Mərkəzinin şikayəti əsasında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 308.1-ci - vəzifə səlahiyyətlərindən sui-istifadə və 178.2.3-cü - dələduzluq; şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə maddələri ilə cinayət işi başlanıb.