• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1604
— 16.04.2019 13:26

Yazarın yubileyi doğma diyarında qeyd edildi

KepezTV Player

Prezident İlham Əliyevin sərəncamına əsasən İsmayıl Şıxlının anadan olmasının 100 illik yubileyi yazıçının doğulub boya-başa çatdığı Qazax rayonunda silsilə tədbirlərlə qeyd olunur. Yazıçının yurd yeri olan İkinci Şıxlı kəndində yeni meyvə bağı salınıb.Təşkil olunan tədbirdə İsmayıl Şıxlının yubileyinin respublika səviyyəsində keçirilməsi Azərbaycan xalqının bədii fikir salnaməsinə yeni parlaq səhifə yazan söz ustadlarına verilən dəyərin təzahürü kimi qiymətləndirilib. Ədibin məşhur "Dəli Kür” romanı ictimai şüurda dönüşə və özünüdərkə yol açan mühüm ədəbi-mədəni hadisə kimi qiymətləndirilib. Yazarın yubileyinin Qazaxda yüksək səviyyədə qeyd olunması üçün  tədbirlər planının hazırlandığı və yeni salınan bağın həmin tədbirlərin tərkib hissəsi olduğu diqqətə çatdırılıb. Sonda məktəblilər şerləri ilə Xalq yazıçısı İsmayıl Şıxlı yaradıcılığına nəzər salıblar.