Gəncəyə yeni “Elektrobus”ların gətirilməsi istiqamətində danışıqlar aparılır. Şəhər sakinləri ilə görüşdə şəhər rəhbəri Niyazi Bayramov istismar müddətini başa vuran ictimai nəqliyyat vasitələrinin yeniləri ilə əvəzlənməsi üçün müəyyən addımların atıldığını da vurğulayıb. Səyyar qəbulda istismar müddətini başa vuran ictimai nəqliyyat vasitələrinin yeniləri ilə əvəzlənməsi ilə yanaşı, işlə təminat, torpaq sahəsinin ayrılması, fərdi yaşayış evinin təmiri, su xəttlərinin yenilənməsi, əsas və ara küçələrin asfaltlanması ilə bağlı müraciətlər səsləndirilib. Şəhər İcra Hakimiyyətinin başçısı sakinləri narahat edən məsələlərlə maraqlandıqdan sonra işlə bağlı müraciət edənləri Kəpəz və Nizami Rayon Məşğulluq Mərkəzlərinə yönləndirib. Torpaq sahəsi ilə təmin olunmaq istəyən vətəndaşlara isə bələdiyyələrə müraciət etmələri tövsiyyə olunub. Dilə gətirilən bəzi məsələlər yerincədə öz həllini tapıb.
- Baxış: 1570