Artıq çəki... Müasir insanların əksəriyyəti üçün kabusa çevrilən bir problem. Onun törətdiyi fəsadlar, səhhətimizə mənfi təsiri barədə dəfələrlə araşdırmalar aparmışıq. Amma indi izləyəcəyiniz süjetdə əməkdaşımız Nazənin Zaman məsələyə bir qədər fərqli prizmadan yanaşıb. Nəticədə maraqlı faktlar aşkara çıxıb.
Əfsuslar olsun ki, bu gün yalnız yaşlı nəslin nümayəndələri yox, bəzən gənclər də artıq çəki problemindən şikayət edirlər. Məsələnin həllində bəziləri effektiv nəticə alsa da, bir qrup insan nədənsə problemlə başa çıxa bilmir. Psixoloqlarsa xəbərdarlıq edirlər. Sən demə, artıq çəki almağımıza bir sıra psixoloji məqamlar da səbəb ola bilər.
Gəlin unutmayaq ki, müxtəlif vasitələrlə yalnız müvəqqəti uğura nail olmaq mümkündür. Orqanizm dietik rejimə alışandan sonra, kökəlmək üçün başqa variantlar axtarır. Elə bu səbəbdən də, kalorini aktiv hərəkət və idmanla atmaq daha məqsədəuyğundur. Çünki nəticə etibarı ilə, çəkimizi normada, stabil saxlamağın ən sağlam, effektik yolu da məhz budur.
- Baxış: 378