Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin əməkdaşları Goranboyda fermerlərə marifləndirici təlim keçirib. Goranboyla yanaşı Tərtər, Ağdam, Yevlax, Bərdə və Kələbəcər rayonlarından olan fermerlər kənd təsərrüfatında bol məhsul əldə etmək üçün vaxtında aparılan aqrotexniki tədbirlər və düzgün toxum seçimi barədə məlumat əldə ediblər. Xüsusi ilə dənli bitkilərin səpinindən sonra vaxtında həyata keçiriləcək tədbirlərin əhəmiyyəti vurğulanıb. Dövlətin təsərrüfatçılar üçün tətbiq etdiyi güzəştlərin əhəmiyyətinə toxunulan görüşdə Goranboy rayonunda yeni yaradılan “Aqroparkla” tanışlıq olub. Əkin sahələrinə baxış keçirilib, 1400 hektar sahədə səpilən dənli bitkilərə göstərilən aqrotexniki qulluqdan danışılıb. Ötən il 41 sentnerə çatan məhsuldarlığın bu il 50 sentnerə çatacağı propnozlaşıdırılır.
Məhərrəm Əliyev - Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru: Yerlərdə fermerlərin yanındayıq. Fermerlərə məsləhət veririk. Mütəxəssislər tərəfindən bütün aqro-texniki tədbirlərin necə aparılması becərmənin necə aparılması suvarmanı necə həyata keçirilməsi müzakirə edildi. Bütün bu məsələlərə aydınlqı gətirdik. 5 rayonun mütəxəsissləri təlimdən sonra tarlaya baxış keçirdilər.
- Baxış: 703