• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1184
— 15.04.2019 16:17

Dram Teatrı 125-ci mövsümü yeni binada aça bilər

KepezTV Player

 

Gəncədə yeni teatr binasının tikintisi davam edir. 6 mərtəbəli olacaq Dram Teatr 125-ci mövsümü yeni ünvanda açmağı planlaşdırır.
İradə Gözəlova - Gəncə Dövlət Dram Teatrının baş rejissoru: Dörd ildir ki, mən bura baş rejissor təyin olunmuşam. Görürsüz çox soyuqdu. Biz dörd ildə bu binada elə tamaşalar səhnəyə qoymuşuq ki, həm Ukraynada, Gürcüstanda eləcədə Bakıda birinci yer alıb. Təsəvvür edin bunu biz bu vəziyyətdə tamaşa qururuq.

Deyilənlərə görə, Şərab zavodunun anbarı, uyğunlaşdırılmış bina kimi fəaliyyət göstərən hazırkı teart binası günün tələbləri səviyyəsində olmadığı sirr deyil. Teart qarderobdan başlayır deyilsə də dram teatrda nəinki qarderob, heç tamaşaya baxmaq üçün normal şərait belə yoxdur.

Əli Qasımov - Gəncə Dövlət Dram Teatrının direktoru: Ən əsası bizim texniki baxımdan problemlərimiz, çətinliklərimiz vardı. Bu gün inkişaf etmiş teatrlarda səhnədə dekorasiyadan tutmuş bütün işıq effektlərini səhnədə əldə etmək olar. Bu imkanlar bizdə mümkün deyildi.

Teatrda mümkün olmayan çox şeyi mümkünə çevirmək üçün Gəncəçay bulvarında yeni bina tikilir. Dram teatr üçün layihələndirilən tikili beşinci mərtəbənin betonlama işləri aparılır.

Layihəyə görə Gəncə Dövlət Dram Teatrının səhnəsi eləcədə tamaşaçı zalı ikinci mərtəbədə yerləşir. Artıq 500 nəfərlik tamaşaçı zalı olan ikinci mərtəbədə bütün beton işləri tam yekunlaşıb.

Bu incəsənət ocağında tamaşa nümayişi üçün bütün müasir texniki şərait təmin ediləcək, həmçinin, aktyor heyətinin dincəlməsi, qrimi üçün otaqlar, eləcə də kafe yaradılacaq. Bundan başqa, obyektin ərazisində qazanxana, transformator və yardımçı qurğular da inşa ediləcək.

Adil İsmayılov - inşaat departamentinin direktoru: Gül bağı daşları gəlib, bu gündən gülbağı işlərini də görməyə başlayarıq. Pralel olaraq hörgü, elektrik işlərimizi görürük ki, qısa müddətdə binanı təhvil verək.Bu gün ki, günün tələbinə uyğun fırlanan səhnə, işıqlama sistemi, aktyorlar üçün geyim, məşq otaqları, bütün komnikasiyalar nəzərdə tutulub.

Inşasında 100-ə yaxın işçinin alışdığı yeni teatr binasının gələn ilin əvvəlinə kimi təhvil verilməsi nəzərdə tutulur. Bununla da 382 nəfər tamaşaçı tutumu olan və Almaniyadan olan Förer qardaşları tərəfindən şərab anbarı üçün tikilən bina teatr olaraq tarixin arxivinə qovuşacaq.

 

Elnur Vahidoğlu