KepezTV Player
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Rusiyanın XİN başçısı Sergey Lavrov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın Moskva görüşü başa çatıb. Daha sonra Azərbaycan, Ermənistan, Rusiya XİN başçıları ilə Minsk qrupu həmsədrləri bir araya gəlib. ATƏT-in fəaliyyətdəki sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin də iştirak etdiyi görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivləri müzakirə olunub. Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin və ATƏT-in Minsk qrupu həmsədrlərinin görüşlə bağlı birgə bəyanat yayacağı gözlənilir.
- Baxış: 183