• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1136
— 15.04.2019 12:26

Toyda oynamaq üstündə dava düşdü

KepezTV Player

Gəncədə toyda dava düşüb. Şadlıq saraylarından birində keçirilən mərasimdə qonaqların sözü çəp gəlib. Məlumata görə, dava oynamaq üçün mahnı sifarişi vermək üstündə meydana gəlib. Nəticədə Sabirabad rayonunda qeydiyyatda olan, hazırda Gəncədə yaşayan 53 yaşlı Asim Cəbrayılov Samux rayon Kolayır kənd sakini 45 yaşlı Saməddin Hüseynova xəsarət yetirib. Zərərçəkənə ambulator yardım göstərilib.