• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1462
— 15.04.2019 12:18

Əri arvadının meyidini morqa aparan sürücünü bıçaqladı

KepezTV Player

Qulubəyli kənd sakini, 25 yaşlı Orman Seyidov Ölcələr kənd sakini, 29 yaşlı Vahidə Məmmədovanı başından küt alətlə vuraraq, daha sonra isə boğaraq qətlə yetirib. Daha sonra meyiti torbaya qoyaraq Araz çayına atıb. Cəsəd sudan çıxarılaraq morqa təhvil verilib. Qətlə yetirilən qadının əri Ümidvar Məmmədov meyiti aparan maşının Anar adlı sürücüsünü bıçaqlayaraq ağır xəsarət yetirib. Yaralı İmişli Mərkəzi Rayon Xəstəxanasında əməliyyat olunaraq reanimasiya şöbəsinə yerləşdirilib. Cinayətin təfərrüatları barədə süjetimiz var.

Qətlə yetirilən Vahidə Məmmədova iki azyaşlı uşaq anasıdır. Hadisəni törədən Orman Seyidov qətl hadisəsi baş verən gün həmkəndliləri – 24 yaşlı Hikmət Cəlalzadə və 25 yaşlı Anar Surxayzadə ilə sonuncuya məxsus “Mercedes” markalı avtomobillə 2018-ci ilin noyabr ayında tanış olduğu, Vahidə Məmmədovanın qaynı arvadı 23 yaşlı, 2 uşaq anası Ayşən Məmmədova ilə yaşadıqları ünvanda növbəti dəfə görüşə gəlib. Orman Seyidov onunla birgə gələn Hikmət Cəlalzadə və Anar Surxayzadədən Ayşənin həyat yoldaşı Emin Məmmədovun yaxınlıqda işlətdiyi mağazaya nəzarət etmələrini və əgər o, evə gələrsə, bu barədə ona xəbər vermələrini xahiş edib. Daha sonra Orman Seyidov Ayşən Məmmədovanın yaşadığı evə gəlib, onunla otaqda intim münasibətdə olarkən Vahidə Məmmədova onları bir yerdə görüb. Məmmədova həmin vaxt mobil telefonla Ayşən Məmmədovanın əri Emin Məmmədova zəng edərək məlumat vermək istəyib. Bunu görən Orman Seyidov bir neçə dəfə yumruqla, daha sonra isə Ayşən Məmmədovanın həyətdən gətirdiyi taxta parçası ilə Vahidə Məmmədovanın boyun və baş nahiyələrinə zərbələr endirib. Qadının həmin zərbələrdən ölmədiyini görən Seyidov onu boğaraq qətlə yetirib. Sonra isə meyiti Ayşən Məmmədovanın gətirdiyi sintetik torbaya qoyub, yoldaşları Hikmət Cəlalzadə və Anar Surxayzadəyə zəng edərək avtomobili həmin ein həyət darvazası yaxınlığına sürmələrini xahiş edib. Orman Seyidov Hikmət Cəlalzadə ilə köməkləşərək meyit olan torbanı avtomobilin yük yerinə yerləşdirib. Sonra da cəsədi Araz çayının üzərindən keçən körpüdən suya atıblar. İmişli rayon Polis Şöbəsinin əməkdaşları Orman Seyidov, Hikmət Cəlalzadə, Anar Surxayzadə və Ayşən Məmmədovanı saxlayıblar. Faktla bağlı cinayət işi başlayıb, araşdırmalar aparılır.