• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2028
— 15.04.2019 12:12

Ali məktəblərə ərizə qəbulu başa çatır

KepezTV Player

Respublikanın ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu isə bu gün başa çatır. Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə daxil olub, saat 23.59-dək "Abituriyentin elektron ərizəsi" formasını doldurur və təsdiq edirlər. Elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarında təsdiq etdirməli olan şəxslərin nəzərinə çatdırılır ki, komissiyalar axşam saat 17-dək fəaliyyət göstərir.