Dövlət İmtahan Mərkəzi respublikanın 27 şəhər və rayonunda 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı keçirilib. Gəncə şəhəri üzrə isə 2661 nəfər şagirdin iştirak üçün qeydiyyatdan keçdiyi imtahan saat 11-də başalyıb. Buraxılış siniflərin nümayəndələrinin bilik və bacarıqlarını yoxlamaq məqsədilə tədris dili, riyaziyyat və xarici dil fənnləri üzrə ümumilikdə 85 tapşırıq təqdim edilib. İmtahan iştirakçıları 3 saat müddətində biliklərini sınaqdan keçiriblər. Buraxılış imtahanları üçün respublika üzrə ümumilikdə 68 imtahan mərkəzi ayrılıb. Prosesin idarə olunmasına 68 ümumi imtahan rəhbəri, 218 imtahan rəhbəri, 2342 nəzarətçi-müəllim ayrılıb. Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə Daxili İşlər Nazirliyinin əməkdaşları və təcili tibbi yardım briqadası da cəlb edilib.
- Baxış: 1073