• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1166
— 15.04.2019 10:03

Samsung fırlana bilən 3 kamerası olan smartfon-slayder təqdim etdi

Cənubi Koreyanın Samsung şirkəti Galaxy A80 smartfonunu təqdim edib. Mobil cihaz həm qarşı, həm də əsasda çıxış edə bilən 3 kamera ilə təmin olunub. Çıxıntısız 6,7 düymlük Super AMOLED ekrana və barmaq izləri skanerinə malik aparat Snapdragon 730G prosessoru ilə işləyir. Onun 8 qiqabayt operativ və 128 QB daxili yaddaşı var. 3-lü kamera özündə 48, 8 meqapiksellik və çəkilən obyektə qədər uzanan məsafəni təyin edən modulu birləşdirir. Əgər smartfonun sahibi selfi çəkmək istəsə xüsusi mexanizm kamera blokunu yuxarı qaldırır. Bundan sonra modul 180 dərəcə fırlanır. Android 9.0 Pie-la işləyən smartfonun akkumlyatoru 3700 mAs həcmindədir və 25 Vt gücündə sürətli enerji yığma texnologiyasını dəstəkləyir. 29 maydan satışa çıxacaq Samsung Galaxy A80-un dəyəri 700-800 dollar arasında olacağı güman edilir.