• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 851
— 15.04.2019 10:01

Ən gözlənilməz dreq: güclü yağış və 30 ədəd bir-birinə bənzəməyən maşınlar

Lovecars adlı YouTube kanalında geniş miqyaslı dreq-reysinq təşkil olunub. Burada aralarında müasir superkarlar, klassiklər, restomodlar, baqqi olan 30 ədəd avtomobil yarışıb. Gediş Böyük Britaniyanın Dansfold aeroportunda baş tutub. Güclü yağış yarışın nəticələrini gözlənilməz edib. Buna baxmayaraq finalçıların əksəriyyəti tam ötürücü sistemə malik maşınlar olub. Final gedişləri isə keçirilməyib. Səbəb güclü yağışın yarışa əngəl törətməsi göstərilir.