• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1898
— 13.04.2019 20:50

Gəncədə “MFL Gəncə Kuboku 2019” çempionatının püşkatma mərasimi keçirilib

KepezTV Player

Püşkatma mərsimində təşkilatçılarla yanaşı, AFFA-nın baş katibi Elxan Məmmədov da iştirak edib. AFFA-nın dəstəyi ilə regionda ilk dəfə reallaşan çempionatda püşkatma nəticəsində 64 komanda rəqibini tanıyıb. Turnirdə 1-ci yer 500, 2-ci yer 300, 3-cü yerdə qərarlaşan komanda isə 250 manat məbləğində pul mükafatı, həmçinin fəxri kürsüdə yer alan kollektivlər medal və kubokla təltif ediləcək. Bundan əlavə, yarışın bombardiri xüsusi kubokla mükafatlandırılacaq. 2 aya yaxın davam edəcək çempionatın oyunları həftənin şənbə və bazar günləri keçiriləcək. Aprelin 20-dən başlayacaq görüşlər offside meydançalarında kubok sistemi üzrə oynanılacaq.

Orxan Cəfərzadə