Gəncədə Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı il dönümü münasibəti ilə ağacəkmə aksiyası keçirilib. Aksiyada şəhərin orta ümümtəhsil məktəblərinin gənc heydərçiləri, pedaqoqlar eləcə də valideynlər iştirak edib. Heydər Əliyev Park Kompleksində keçirilən aksiyda iştirakçılar əvvəlcə ərazini təmizləyərək, məişət tullantılarını xüsusi tutumlara yığıb. Həmçinin parkda olan ağacların dibləri bellənərək qurumuş alaq otları da biçilib. Parkın ərazisinə yeni həmişə yaşıl ağaclar əkilib. Aksiya şəhərin digər parklarında da keçirilib. Bu cür aksiyalarin hər həftənin şənbə və bazar günlərin keçirilməsi qərara alınıb.
Aynurə Əhmədova müəllim: Bundan əvvəl Gəncə şəhər 10 nömrəli orta məktəbdə belə bir aksiyanı keçirdik. İndi isə Heydər Əliyev Park Kompleksində bu aksiyanı davam etdiririk. Uşaqlar parkı təmizlədilər, yeni ağlar əkdilər.Məqsədimiz isə ekalogiyanı qorumaqdı.
Elvin Tağıyev vaildeyn:Bu gün aksiyada övladımla iştirak edirəm. Təmizliyə riayət edək. Bütün övladlarımız elə böyüsün ki, yaşadıqları yeri, məkanı təmiz saxlasınlar.Ağacları qorusunlar. Bütün təbiəti qorumağı öyrənsinlər
Günay Tağıyeva valideyn:Əlbəttə bu uşaqlarımızın gələcəyi, inkişafı, təbiəti qorumaq üçün çox gözəl aksiyadı. Belə aksiyanı keçirmək hər bir məktəb üçün çox yaxşı olardı. Biz bu aksiyanı alqışlayırıq.
Elnur Vahidoğlu
- Baxış: 548