• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2310
— 13.04.2019 20:40

Gəncədə top mərmisi tapılıb

KepezTV Player

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə Gəncə şəhəri, Kəpəz rayonu ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib. Məişət tullantıları sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 122 mm-lik top mərmisi aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.Top mərmisinin ətrafında 1000 kv.m əraziyə yerüstü, 100 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.