• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 788
— 12.04.2019 18:48

"Dağlıq Qarabaq münaqişəsinin hərbi həll yolu yoxdur"

KepezTV Player

Rusiyanın Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyi aydındır. Bu fikirləri Bakıda jurnalistlərə müsahibə verən Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko deyib. O, bildirib ki, biz  bu barədə Azərbaycan prezidenti İlham Əliyevlə görüşümüzdə də  müzakirə aparmışıq. Bu məsələnin həllinə nail olmaq olduqca vacibdir.

Valentina Matviyenko - RF Federal Məclisi Federasiya Şurasının sədri: Bu münaqişənin hərbi həll variantı yoxdur. Yalnız dinc, diplomatik yolla həll oluna bilər. Rusiya da vasitəçi kimi uzlaşmanın əldə olunması üçün əlindən gələni edir. Çalışmalıyıq ki,hər iki tərəf kompromissə gəlsin.Bu mövzu prezidentlərimizin 2 aprel telefon söhbəti zamanı da müzakirə olundu,aprelin 15-da Moskvada baş tutacaq üçtərəfli Azərbaycan-Ermənistan-Rusiya arici işlər nazirlyinin görüşündə də müzakirə olunacaq.Və biz  öz səylərimizi davam etdirəcəyik.Bu məsələnin həlli böyük diplomatik uğur olardı.