• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1346
— 12.04.2019 18:52

Sağlam və möhkəm ailə necə olmalıdır?

KepezTV Player

Son illər Azərbaycanda boşanma halları xeyli artıb. Statistikaya görə indi yeni qurulan hər 4 ailədən biri dağılır. Dəhşətli bir rəqəmdir. Bunun əsas səbəblərindən biri kimi ənənəvi ailə dəyərlərinin itirilməsi göstərilir. Nədir bu ailə dəyərləri? Biz onları niyə itiririk? Ata-babalarımızın bildikləri və əməl etdikləri ailə fəlsəfəsi özündə nəyi ehtiva edir? Sağlam ailə, möhkəm ailə necə olmalıdır? Cavab tapmağa çalışırıq.

“Ailə kiçik bir dövlətdir”. Təbii ki, hər ailədə çətinliklər olur və olmalıdır. Kişi və qadın arasında yaranan problemlərin həlli üçün, ailənin möhkəm olması üçün əsas şərt nədir ?

Sevgi, xoşbəxtlik, qayğısız həyat. Sirr deyil ki, indi gənclər məhz bunu istəyir və bu heç də pis deyil. Amma təəssüf ki, yeni ailə quranlar bəzən səbrli olmaq, güzəştə gedə bilmək qabiliyyətini, məsuliyyət hissini unudur. Ailə isə ilk növbədə məsuliyyətdir. Babalarımız, nənələrimiz bunu gözəl bilirdi... Ümid edirik itirdiyimizi yenidən tapacağıq.