• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1968
— 12.04.2019 19:23

3 layihə qalib oldu

KepezTV Player

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının birgə təşkilatçılığı ilə keçirilən startap turları davam edir. Startap hərəkatının genişləndirilməsinə, vətəndaşların innovativ ideyalarının reallaşdırılmasına dəstək məqsədi ilə reallaşdırılan startap turu bu dəfə Tovuzda baş turub. Rayonda ilk dəfə olaraq keçirilən tədbirə Tovuzla yanaşı, Qazax, Şəmkir, Goranboy, Tərtər, Gədəbəy, Yevlax və digər ətraf regionlardan olan 100-dən çox gənc qatılıb.

Tədbirin informativ hissəsində “İdeyadan biznesə” layihəsinin konsepsiyası, məqsədi və hədəfləri barədə iştirakçılar məlumatlandırıb. Startap ideyalarının reallaşdırılması istiqamətində beynəlxalq təcrübə, layihə təqdimatların düzgün hazırlanması, təqdimatı, uğurlu biznes-planın tərtib olunması üsulları ilə bağlı iştirakçılar üçün təqdimatlar keçirilib.

Anar Cəfərov - Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi: “İdeyadan biznesə” layihəsinin əsas məqsədi ölkədə bütün gənclərə dəstək olmaqdır ki onların bütün innovativ ideyaları artıq real biznesə çevrilsin. Bu mqəsədlə biz bizimlə birgə gələn mentorlar vasitəsilə təlimlər keçirik. Onlara biznesin əsaslarını və satrtapları necə qurmaq lazım olduğunu aşılamağa çalışırıq.

Təlimlərdən sonra Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin könüllülərinin də fəal iştirakı ilə 6 komanda formalaşdırılıb. Hər bir komandaya bir mentor rəhbərlik edib və onları müsabiqə üçün hazırlayıb. Daha sonra komandalar arasında müsabiqə keçirilib və onlar öz ideyalarını münsiflər heyəti qarşısında təqdim ediblər.

Xumar Hüseynli - iştirakçı: Çox yaxşı ideyadır. Məsələn gənclərin öz biznesləri haqqında ideyalarını reallaşdıra bilirlər. əgər xoşlarına gəlirsə iştirakçı olurlar.

Rəşad Cəbrayılov - iştirakçı: Mən bu layihəyəyə ilk dəfə Gəncəə də qatılmışdım. Bu layihədə bizdə öz ideyamızı təqdim etmişik. Bu layihələrin keçirilməsi bizim üçün çox yaxşıdır.

Müsabiqədə Tovuz şəhəri üzrə 1-ci, 2-ci və 3-cü yerlərin qalibləri müəyyənləşib. Qaliblər təşkilatçılar tərəfindən mükafatlandırılıb. Hər bir region üzrə qalib olan layihələr Bakıda keçiriləcək Milli Finalda iştirak hüququ qazanıb.