• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 980
— 12.04.2019 15:44

Daha geniş yaşıllıqlar salınacaq

KepezTV Player

Yeni yaşıllıqların salınması və ağac əkilməsinin təşviqi məqsədilə keçirilən aksiyalarda bir sıra rayon icra hakimiyyətləri öz fəallıqları ilə fərqlənir ki, bu da ağacəkmə kampaniyasının daha da kütləviləşməsinə rəvac verir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, aparılan təhlillərə əsasən Şəmkirdə də yaşıllıqların salınması tədbirləri artıq kütləvi hal alıb və bu rayonda da daha geniş yaşıllıq zolaqları salınıb. Belə tədbirlərin digər rayonlar üçün də stimul olacağı, geniş yaşıllıq sahələri salınacağı və qorunacağına əminlik ifadə edilir. Ağacəkmə aksiyalarının keçirilməsində məqsəd ölkəmizdə yaşıllıq sahələrinin artırılması, qorunması və insanlarda təbiətə qayğı hissini aşılamaqdır.

 

Natiq Hüseyn