• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1791
— 12.04.2019 15:34

Lənkəranda "KamAZ" və "ZİL" markalı iki yük maşını toqquşub

KepezTV Player

Hadisə Ələt-Astara magistralının Bürcəli kəndindən keçən hissəsində baş verib. Rayonun Parakənd kənd sakini, 40 yaşlı Elxan Həsənovun idarə etdiyi "ZİL" markalı avtomobil toqquşmadan sonra yol kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü ağır yaralanıb. O, təcili tibbi yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və vəziyyəti ağır olduğundan Reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.