• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 2138
— 12.04.2019 16:28

Gəncədə narkotikə görə 4 nəfər saxlanıldı

KepezTV Player

“Cəhənnəmə gedən özünə yoldaş axtarar” deyib atalar. Özü əyri yola düşən Gəncə sakini qara əməllərinə dostlarını da ortaq edib. Həmin şəxslər şəhər polisinin keçirdiyi əməliyyatla saxlanılaraq istintaqa təhvil veriliblər. Narkotiklərin qanunsuz dövriyyəsinə görə tutulanlar yalnız onlar olmayıblar. Gəncədə keçirilən əməliyyatların təfərrüatları barədə süjetimiz var.

Gəncə ŞBPİ Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qabaqcadan əlbir olaraq, narkotik vasitələrin alqı-satqısında şübhəli bilinən şəhər sakinləri, 29 yaşlı Elvin Nağıyev, 26 yaşlı Rəşad Əliyev və əvvəllər məhkum olunmuş 27 yaşlı Nəriman Mirbağırov saxlanılıblar. Nizami Rayon Polis İdarəsində onların üzərinə baxış keçirilən zaman Nəriman Mirbağırovdan 1.8 qram, Elvin Nağıyevin üzərindən 1.9 qram, Mirbağırovun yaşadığı evin müxtəlif yerlərindən ümumi çəkisi 1 kq 343 qram, , Rəşad Əliyevin yaşadığı evdən isə 82.2 qram narkotik vasitə olan qrudulmuş “marixuana” aşkarlanaraq götürülüb.

Saxlanılan Nəriman Mirbağırovun sözlərinə görə, İrandan narkotik gətirib satmaq ideyası ona məxsus olub. Lakin çirkin niyyətini təkbaşına həyata keçirmək istəməyib, qara əməlinə dostlarını da cəlb edib.

Bu, Nəriman Mirbağırovun ilk əməli olmayıb. Bundan əvvəl də bir neçə dəfə İran vətəndaşı ilə əlaqəyə girərək narkotiklərin alqı-satqısı ilə məşğul olub. Sonuncu dəfə isə gətirdiyi narkotik vasitənin dadına ilk olaraq dostları ilə özü baxmaq istəyib.

Gəncə ŞBPİ Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə şəhər sakini, əvvəllər məhkum olunmuş 60 yaşlı Elman Rzayev qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, saxlamaqda, üzərində gəzdirməkdə və satmaqda şübhəli bilinərək saxlanılıb. Üzərinə baxış keçirilərkən əlindəki sellofan torbadan və pencəyinin cibindən dörd bükümdə ümumi çəkisi 235.08 qram olan “tiryək” aşkarlanaraq götürülüb. Araşdırmalar davam etdirilir.