Bu günə xəbərlərin oxunma sayı: 2151
— 11.04.2019 19:49

Beyrək Bağırov “Ukraina Open"da döyüşəcək

KepezTV Player

Sabah Ukraynanın Xarkov şəhərində taekvondo üzrə "Ukraina Open" beynəlxalq turniri start götürəcək. Yarışda Azərbaycan idmançıları da iştirak edəcək.

Onlar arasında “Gədəbəy” Gənclər İdman Klubunun taekvandoçusu Beyrək Bağırov da var. Üç gün davam edəcək Ukraynanın açıq birinciliyində Bağırov yeni çəki dərəcəsində qüvvəsini sınayacaq. Əvvəllər 80 kq-da çıxış edən idmançı indi 87 çəki dərəcəsində mükafatlar uğrunda mübarizə aparacaq. Takevandoçu aprelin 13-də dayanq üzərinə çıxacaq. Bağırov Ukrayna yarışından əvvəl bu il Türkiyədə Prezident Kubokunda və Yunanıstanda klubların Avropa çempionatında iştirak edib. Yeri gəlmişkən, o, iki il öncə olimpiya oyunlarına reytinq xalları verən ənənəvi Xarkov yarışının mükafatçısı olub. 27 yaşlı idmançı 2017-ci ildə turnirin bürünc medalını qazanıb.  

Qeyd edək ki, Bağırov 3-cü dan qara kəmər sahibi, idman ustasıdı. Taekvandoçu əvvəlki illərdə bir sıra beynəlxalq turnirlərin mükafatına yiyələnib.  Universal idmançı kimi tanınan Beyrək budodan dünya, çoxmübarizəli idman döyüş növləri üzrə Avropa çempionu olub.

Azad Rəfi