• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1210
— 11.04.2019 20:14

İlahiyyat İnstitutunun rektoru şagirdlərlə görüşüb

KepezTV Player

Azərbaycan İlahiyyat İnstitutunun pedaqoji heyəti isə Gəncədə gənclərlə görüş keçirib. İnstitutun 2018-ci ildə ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə yaradıldığı və fəaliyyət sahələri barədə geniş məlumat verilib. İlahiyyat fakültəsi, Dinşünaslıq, İslamşünaslıq, Dillər və İctimai fənlər kafedraları fəaliyyət göstərdiyi institutun əsas istiqaməti xalqımızın tarixi ənənələrinə söykənən dini, mənəvi mühitin qorunub saxlanılmasına, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasının təmin olunmasına töhfələr vermək olduğu diqqətə çatdırılıb. Tədbirdə mövzuya uyğun olaraq gəncləri maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb. Növbəti görüşlər Sumqayıt, Quba, Zaqatala, Şəki, Qəbələ, Biləsuvar, Bərdə, Şirvan, Neftçala və Ağcabədidə keçiriləcək.

Ceyhun Məmmədov - İlahiyyat İnstitutunun rektoru: Bildiyiniz kimi bu sahədə ölkədə böyük işlər görülür. Dövlətin din sahəsinə çox böyük qayğısı var. Ölkəmizdə məscidlər, kilsələr, sinaqoqlar dövlət tərəfindən bərpa olunur. Və eyni zamanda din sahəsində peşəkar mütəxəsislərə çox böyük ehtiyyac var. Biz qarşımıza məqsəd qoymuşuq ki, Azərbaycanın hər bir bölgəsindən mümkün qədər abituryent ilahiyyat institutunda təhsil alsın və onlar gələcəkdə bu sahəyə töhfə versinlər.