• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1230
— 11.04.2019 20:10

Avropalı alim UTECA-da

KepezTV Player

Avropalı alim Azərbaycan Texnologiya Universitetinin tələbələrinə masterklas keçir. Polşanın Qlivitse şəhərində yerləşən Silesiya Texnologiya Universitetinin dosenti, elmlər doktoru Maçi Volnı UTECA-ya Erasmus proqramı çərçivəsində gəlib. 5 gün davam edəcək seminarlar Excel funksiyalarını istifadə edərək sadə statistik hesablama, məlumat təhlili, statistikanın əsas şərtləri və tədqiqatda istifadəsi, nəticələrin analizi, hipotez testlərinin aparılması, effektiv və məhsuldar tədqiqat işininin yazılması başlıqlarını əhatə edəcək. Azərbaycan Texnologiya Universitetində son illər peşəkarlar, eləcə də xarici mütəxəssislər tərəfindən verilən peşəkar dərslərinə xüsusi önəm verilir. Bu çərçivədə indiyə qədək bir sıra Avropa və Türkiyə universitetləri ilə 34 müəllim və tələbə mübadiləsi aparılıb. Belə dərslər ilk olaraq tələbənin təhsil aldığı sahə üzrə gələcəkdə peşəkar kadr kimi yetişməsinə böyük töhfə olur. Mühazirə və ondan sonrakı diskusiyalar həm də tələbənin elmi potensialını ortaya qoyur, dəyərli tövsiyyələr onun kamilləşməsinə təkan verir.

Maçi Volnı - Polşanın Silesiya Texnologiya Universitetinin dosenti: “Xarici təcrübəni UTECA-nın tələbə və müəllim heyəti ilə paylaşmaq üçün burdayıq. Seçimimizin Azərbaycan Texnologiya Universiteti olması heç də təsadüfi deyil. Bu universitetin xarici əlaqələri çoxdur – 3 beynəlxalq proqramda iştirak edir, 11 xarici universitetlə daim tələbə-müəllim mübadilələri aparır. Bu əlaqələr tələbənin sahib olacağı ixtisasın sirlərinə daha mükəmməl yiyələnməsinə şərait yaradır. Digər tərəfdən, UTECA Webometrics reytinq cədvəlində ölkəniz üzrə ön sıralarda yer alıb. Bütün bunlarAzərbaycan Texnologiya Universitetində son illər aparılan islahatların, görülən işlərin nəticəsidir. Biz də sadalananlarla yerində tanış olmaq istədik”.