• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1219
— 11.04.2019 20:14

Çexiya aqrar əməkdaşlıqda maraqlıdır

KepezTV Player

Aqrar sektorda əməkdaşlığın inkişafı, investisiya imkanlarının araşdrırılması, emal sənayəsində əlaqələrin qurulması. Çexiya Gəncəbasarda bu istiqamətlər üzrə işbirliyində maraqlıdır. Təbii ki, təhsil sahəsi də kənarda qala bilməz. Kənd təsərrüfatında əməkdaşlıq varsa, Aqrar Universitetlə də əlaqələrin yaradılması qaçılmazdır.

Çexiyanın Azərbaycandakı səfiri Milan Ekert və bu ölkənin kənd təsərrüfat nazirinin müavini Pavel Veselinin Gəncədə iş adamları ilə görüşü aqrar sektorda aqrar sektorda əlaqələrin daha da genişləndirilməsinə hesablanıb. Kənd təsərrüfatının inkşaf etdirilməsinə ərzaq təhlükəsizliyi baxımından yanaşıldığı görüşdə qonaqlar bölgənin aqrar potensialı və burada fəaliyyət göstərən kənd təsərrüfatı təyinatlı obyektlərin imkanları barədə qonaqlar məlumatlandırılıb. Öz növbəsində iş birliyinə maraq göstərən yerli sahibkarlar üçün Çexiyada bu sahədə mövcud vəziyyət barədə məlumat əldə etmək faydalı olub.

Pavel Veseli - Çexiyanın kənd təsərrüfatı nazirinin müavini: Hazırda Azərbaycandan Çeyixaya kənd təsərrüfatı məhsulları ixrac olunmur. Çexiyadan isə ölkənizə az miqdarda ət və ət məhsuları, süd və süd məhsulları idxal edilir. Bu göstəricilər bizi və düşünürəm ki, size də qane edə bilməz. Çexiya Avropada aqrar sahəsi yaxşı inkşaf etmiş ölkələr sırasındadır. Bura kənd təsərrüfatı texnikaları, sahədə əkilən müasir texnologiyalı bitgilər, eləcə də heyvandarlıq daxildir. Bu bölgənin potensialı kifayət edər ki, sizing də aqrar sahəniz çox şaxəli olsun. Buna görə də apardığımız görüşlərin istiqaməti çoxşaxəlidir.

Bu istiqamətlərdən biri də aqrar təhsildir. Çünki yüksək ixtisaslı kadrlarla təminat müasir becərmə texnologiyalarının tətbiqində, texniki avadanlıqların idarə olunmasında təsərrüfat sahiblərinin həm işini asanlaşdırır, həm də əlavə xərclərdən qurtarır. Bu baxımdan Azərbaycan Dövlət Aqrar Universitetində ali təhsil ocağının profili, maddi-texniki bazası barədə tanışlıqğın da önəmi böyükdür. Eləcə də universitet ilə Çexiyanın aparıcı aqrar ali təhsil ocaqları ilə mövcud əməkdaşlıq və tələbə mübadiləsi də görüş zamanı gündəmə gətirilib. Çexiyanın Azərbaycandakı səfiri ölkəsinin bölgə ilə maraqlarından da danışıb.

Milan Ekert - Çexiyanın Azərbaycandakı səfiri: Bir həftə ərzində artıq 2-ci dəfədir gəncədəyəm. Çex iqtisadiyyatının mirvarisi olan şkodanın burda avtosalonu var. Tikintisində böyük Çexiya şirkətinin iştirak etdiyi Bakı-Tbilisi-Qars dəmir yolu xətti Gəncədən keçir. Imzalanan memaranduma uyğun olaraq Gəncə çex yük maşını olan Tataranın istehsalının həyata keçirilməsi mümkün ola bilər. Bu barədə Gəncə avtozavodunun rəhbərliyi ilə də danışıqlar aparılıb vəgüman edirəm ki, yaxın 1 ay ərzində bu mümkün olacaq. Çexiya turistlərinin buraya cəlb edilməsi istiqamətində də işlər aparmağı planlaşdırıırq.

Bu və digər məsələlər ətrafında Gəncə Şəhər İcra Hakimiyyətində keçirilən görüçdə daha ətraflı müzakirələr aparılıb. Qonaqlara şəhər barədə, onun iqtisadi imkanları haqqında məlumat verilib, mədəni həyatından danışılıb. Görüşdə Azərbaycan-Çexiya münasibətlərindən söz açılıb və əlaqəların inkişaf etdiyi vurğulanıb.