• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1468
— 12.04.2019 10:03

Bu ölkədə robotlar alma yığmaqla məşğuldur

Robot sistemi Yeni Zelandiyada meyvə bağlarında alma yığmağa başlayıb. Yeni Zelandiyanın ən böyük qida istehsalçılarından biri olan T&G Global şirkəti bu texnologiyanı ilkin mərhələsindən ABŞ-ın Abundant Robotics şirkəti ilə birlikdə işləyir. Şirkətin rəsmisi Peter Landonlana bu barədə belə deyib: "Mövsümü işçi çatışmazlığına görə, məhsulun çoxunu ağacda saxlamaq məcburiyyətində qalırıq, çünki lazımi qədər işçimiz yoxdur. Ehtiyacımız olan işçi tələbi gündən günə artır və gələcəkdə bu tələbi qarşılaya bilmək üçün texnologiyadan faydalanmaq lazımdır". Alma yığan robotu, ağacların arasında gəzərək hansı almanın yetişmiş, hansı almanın kal olmasını süni görüş texnologiyası sayəsində qəbul edir. Robot, daha sonra yetişmiş almaları ağacdan qoparmaq üçün vakuum istifadə edir. Alma yığan robotlar, eyni zamanda gecə də işləyib ağacların ən uzaq budaqlarına rahatlıqla çıxa bilir. Robotu hazırlayan şirkət, bu robotları daha da inkişaf etdirərək bütün dünyaya yaymaq istəyir.