Yunanıstan və Bolqarıstan Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan Yunanıstan-Bolqarıstan interkonnektoru layihəsinin reallaşdırılmasının yeni cədvəli ilə bağlı razılıq əldə edib. Razılıq Bolqarıstanın energetika naziri Temenujka Petrova və Yunanıstanın ətraf mühit, energetika və iqlim naziri Yorqos Statakis arasında görüş zamanı əldə olunub.
Nazirlər Trans-Adriatik boru kəmərinin 2020-ci ildə işə salındıqdan sonra Yunanıstan-Bolqarıstan interkonnektoru layihəsinin istifadəyə verilməsi ilə əlaqədar yeni qrafik üzərində işləməyə hazır olduğunu bildirib. Nazirlər vurğulayıb ki, əsas prioritet layihə çərçivəsində dövlət satınalmalarının uğurla başa çatmasıdır: “Layihə üzrə bütün tenderlərin aprelin sonunadək başa çatması gözlənilir”.
- Baxış: 245