• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1571
— 10.04.2019 22:42

Goranboyda orta yaşlı kişini avtomobil vuraraq öldürüb

KepezTV Player

Goranboyda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəza Bakı-Qazax magistralının rayonun Nadirkənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Göygöl rayon sakini, 44 yaşlı Mahir Mədətov idarə etdiyi "Chery" markalı avtomobillə orta yaşlı piyadanı vurub. Kişi hadisə yerində dünyasını dəyişib. Ölən şəxsin kimliyi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.