• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2178
— 10.04.2019 18:55

Toyuq ətini belə "istehsal etdilər"

KepezTV Player

Toyuq əti sevənsinizsə, indi təqdim edəcəyimiz görüntülərə baxmamağınız məsləhətdir. Çünki iştahanız küsə bilər. Qida Təhlükəsizliyi Agentliyinə daxil olmuş məlumat əsasında qurumun əməkdaşları Sabunçu rayonu, Ramana qəsəbəsində Ramiz Kərimova məxsus qanunsuz fəaliyyət göstərən sexdə müxtəlif təsərrüfatlardan qəbul olunan və heç bir mənşə sənədi olmayan quşların kəsimi, eləcə də emalının həyata keçirildiyini aşkarlayıblar. 500 ədəd soyudulmuş toyuq cəmdəyi aşkar olunan qanunsuz emal sahəsində quşların heç bir texniki-normativ tələblərə əməl edilmədən kustar üsulla kəsildiyi, daha sonra antisanitar şəraitdə tükdən təmizləndiyi və uzun müddət su ilə doldurulmuş natəmiz vannalarda saatlarla saxlanıldığı müəyyən olunub. Eyni zamanda qanunsuz emal sexinin donuz yetişdirmə sahəsi ilə eyni ərazidə olduğu aşkar edilib. Sexdən götürülən nümunələr Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarına təqdim olunub. Aparılan araşdırmaların nəticəsi ilə bağlı əlavə məlumat veriləcək.