• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1828
— 10.04.2019 19:52

Məktəblərdə tibb otaqları

KepezTV Player

Şəhər səhiyyə idarəsi tərəfindən təhsil ocaqlarına təhkim olunan tibbi briqada, şagirdlərin sağlamlığını nəzarətdə saxlamaqla yanaşı, səhətlərində baş verən problemlərə ilkin tibbi yardım göstərmək üçün çalışırlar. Hər məktəbdə müayinə və ilkin tibbi yardımın göstərilməsi üçün xüsusi təchiz olunmuş tibb otaqlar fəaliyyət göstərir. Gündəlik olaraq 1 həkim və 3 tibb bcısından ibarət olan tibbi personal şagirdlərə baxış keçir, hərarət, halsızlıq və digər bu kimi xəstəlik əlamətləri hiss olunan uşaqlar tibb otağında müayinədən keçirilir.

Aygün Eminbəyli - həkim: İlk olaraq uşağın vəziyyəti ətraflı müayinə olunur. Əgər hərarəti varsa hərarət salıcı dərman veririk. Əgər vəziyyəti daha ciddidirsə bu zaman onu boksa yerləşdirərək ilkin yardım göstərilir. Sonrakı müalicəsi üçün tibbi yardım maşını çağrılaraq xəstəxanaya göndərilir.

Nəzərə alsaq ki, 1 məktəbdə orta hesabla mindən çox şagird təhsil alır, və yaş etibarı ilə bu uşaqlar aktiv mərhələdədirlər, burda hər an ehtiyatsızlıqdan yarana biləcək müxtəlif xəsarətlər də qaçılmaz olur. Belə xəsarətlər zamanı da məhz ilkin yardım tibb otaqlarında həyata keçirilir.

Gündəlik tibbi baxışın keçirilməsi və məktəblərdə tibb otaqlarının fəaliyyəti valideynlərin də qayğılarını nisbətən azaldır.

Gündəlik aparılan tibbi yoxlamaların nəticələri bağlı şəhər səhiyyə idarəsinə də məlumat verilir.