Prezident İlham Əliyevin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Qanununun tətbiqi haqqında imzaladığı Fərmana əsasən daşınmaz əmlaka dair çıxarışlar yalnız elektron qaydada veriləcək. Bununla da kağız çıxarış dövrünə son qoyulur. Aprelin 18-dən etibarən əmlakını rəsmi qeydiyyata almaq istəyən şəxs müvafiq olaraq müraciət etdikdə komitənin ərazi reyestr ofislərində çıxarışlar 1 ,3, 7, 10 iş günündə yalnız elektron qaydada hazırlanacaq. Elektron çıxarışlar isə Elektron Hökumət portalına yerləşdiriləcək. Hüquq sahibinin çıxarışı həmin portal vasitəsilə real vaxt rejimində əldə etməsinə imkanı yaradılacaq. Daha sonra həmin çıxarış vətəndaşın “Elektron hökumət” portalındakı şəxsi kabinetinə yerləşdiriləcək. Şəxsi kabineti olmadıqda isə bazada saxlanılan çıxarış sonradan şəxsi kabinet yaradıldıqdan sonra avtomatik olaraq hesaba transfer ediləcək.
- Baxış: 408