• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 829
— 10.04.2019 19:42

Polisin uğurlu əməliyyatları

KepezTV Player

Kürdəmir rayonu Mürtülü kənd sakini Qaratel Tağıyeva və həmkəndlisi Əzizxan Əzizov RPŞ-nə ərizə ilə müraciət edərək müxtəlif vaxtlarda banklardan birinin Kürdəmir fillalının qarşısına quraşdırılan bankomatdan özlərinə məxsus plastik kartlardan 200 və 300 manat pullarının naməlum şəxs tərəfindən cıxarılmasını aşkar etdiklərini bildiriblər. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslərə məxsus elektron məlumat daşıyıcısından istifadə etməklə göstərilən məbləğdə pulları Şirvan sakini, əvvəllər məhkum olunmuş 49 yaşlı İlqar Eminovun gizli şəkildə taladığı müəyyən edilib.

Digər bir halda isə Kürdəmirdə oğurluq hadisəsinin üstü açılıb. Şəhər sakini Şəbnəm Ələkbərova RPŞ-yə müraciət edərək naməlum şəxslərin onun yaşadığı evdən ona məxsus 1250 manat dəyərində qızıl zinət və bəzək əşyalarını apardığını bildirib. Əməliyyat axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, oğurluq hadisəsini Ağsu şəhər sakini, 32 yaşlı Orxan Dadaşov törədib. Şübhəli şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq maddi sübutla birlikdə istintaq bölməsinə təhvil verilmişdir.