• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 676
— 10.04.2019 17:34

Qazaxda Aprel qələbəsinin qəhrəmanları yad edilir

KepezTV Player

2016-cı ilin Aprel  zəfərinin Qazaxdan olan şəhidləri yad edilib. Kapitan Mühüd Orucov və baş leytenant Elvin Namazov. Əsgər Orxan Əliyevdən sonra rayon ictimaiyyətinin nümayəndələri şəhidlərin boya-başa çatdığı kəndlərdə anım tədbirlərində iştirak ediblər.  

Kapitan Mühüd Orucovun Fərəhli kənd qəbiristanlığındakı məzarı ziyarət edildikdən sonra aprel döyüşlərində Mühüd Orucovun qəhrəmanlığından danışılıb. Xidməti müddətində şəhid kapitanın dəfələrlə fəxri fərman və medallarla təltif olunduğu vurğulanıb. 2014-cü ildə Ali Baş Komandan İlham Əliyev tərəfindən xatirə saatı ilə də mükafatlandırılıb. Ölmündən sonra isə ölkə prezidenti tərəfindən “İgidliyə görə” medalı ilə təltif edilib. Azərbaycan Ordusunun işğal altında olan torpaqları azad edəcəyinə əminlik ifadə olunub.

Qurban Orucov - şəhidin atası: Mən dövlətimizə cənab Ali baş Komandana aprel şəhidlərini belə qiymətləndirdiyi üçün çox sağolun deyirəm. Çox minnətdarıq.

Baş leytenant Elvin Namazov da yad edib. Yuxarı Salahlı kəndində təşkil olunan anım tədbirində şəhidin şərəfli döyüş yolundan, qazandığı nailiyyətlərdən söz açılıb. Elvin Namazov 2012-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini leytenant hərbi rütbəsi ilə bitirdikdən sonra kursalara qatılıb və "N” saylı hərbi hissədə kəşfiyyat komandiri vəzifəsinə təyin olunub. Şəhid zabit 3 aprel 2016-cı il tarixdə Tərtər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olub. O göstərdiyi qəhrəmanlığa görə ölkə prezidenti İlham Əliyev tərəfindən  ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.

Məmməd Namazov - şəhidin atası: Elvinin əvvəlcədən uğurlu döyüşləri olub. Dəfələrlə düşmən arxasına keçib. Sağ-salamat öz bölüyü ilə işini görüb geri qayıdıb. Axırıncı aprel döyüşlərində Elvin öz  qrupu ilə sona qədər döyüşdü.

Anım tədbirləri məktəblilərin hazırladığı ədəbi bədii kompazisya ilə davam edib.

 

Natiq Hüseyn