• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2288
— 10.04.2019 16:20

Elektriklə qanunsuz balıq ovlayan şəxs yaxalandı

KepezTV Player

Ekoliji cinayətlərə qarşı mübarizə tədbirləri çərçivəsində keçirilən əməliyyat nəticəsində Qazax rayonunun 1-ci Şıxlı kəndi istiqamətində Kür çayının “Qarayazı” Dövlət Təbiət Qoruğunun ərazisindən keçən hissəsində Ağstafa rayon sakini Məmməd Yusifov brokonyerliklə məşğul olduğu üçün Su Nəqliyyatında Polis İdarəsinin Şəmkir Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən tutulub. Yoxlama zamanı ondan 1 ədəd rezin qayıq, 2 ədəd avar, 1 ədəd elektrik cərəyanını artıran cihaz, 1 ədəd akkumlyator, 1 ədəd “domça” adlandırılan balıqovlama vasitəsi, ümumi çəkisi 6 kiloqram olan 37 ədəd xramulya balığı və digər əşyalar götürülüb. Gücləndirilmiş iş rejimində çalışan Su Nəqliyyatında Polis İdarəsi eləcə də, dənizdə olan reydlərini davam etdirir və dənizdə baş verən qanunsuz, sənədsiz, çirkli suların axıdılması və qanunsuz körpü salanlarla mübarizə aparır. Çirkli su axıdılması faktı Bibiheybət qəsəbəsi, Zığ–2 körpüsündə qeydə alınıb və bununla bağlı Su Nəqliyyatında Polis İdarəsi tərəfindən müvafiq ölçü götürülüb. ((INTERVOICE ХР 00:00:00 )) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları Zığ-2 körpüsündə, Bibiheybət, Ağstafa, Mingəçevir, Şəmkir və digər xidməti ərazilərdə elektrik avadanlıqları və digər ləvazimatlarla qanunsuz balıq tutan, adı “Qırmızı” kitaba düşən quşları ovlayan şəxslərə qarşı bundan sonra da qanunla nəzərdə tutulan formada ciddi şəkildə mübarizə aparacaqlar.