• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 953
— 10.04.2019 15:29

Aksiz markası olmayan siqaretlər aşkarlandı

KepezTV Player

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə "VAZ-21074" markalı nəqliyyat vasitəsində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan siqaretlərin olduğu barədə məlumat daxil olub və məlumat əsasında yaradılan əməliyyat qrupu tərəfindən həmin avtomobil nəzarətə götürüb. Azərbaycan vətəndaşının idarə etdiyi minik maşını Qazax - Gəncə istiqamətində hərəkət edən zaman saxlanılıb və gömrük baxışı keçirilməsi üçün "Tovuz" gömrük postunun inzibati binasının həyətinə aparılıb. Yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 18 800 ədəd siqaretlər aşkarlanıb.