• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2272
— 10.04.2019 15:28

Kolleclərə qəbul imtahanı nəticələrinin elan olunacağı vaxt açıqlanıb

KepezTV Player

Ümumi (9 illik) orta təhsil bazasında keçirilən buraxılış imtahanlarının materiallarının yoxlanılma prosesi haqqında məlumatlar açıqlanıb. 3, 10 və 17 mart tarixlərində cari ilin məzunları, martın 31-də isə ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları, əvvəlki illərdə təhsil sənədi ala bilməyən və eksternat qaydasında imtahan verən məzunlar üçün imtahanlar keçirilib. 4 istiqamət üzrə təşkil olunan imtahanlarda, ümumilikdə, 115 mindən artıq şagird iştirak edib. Hazırda Dövlət İmtahan Mərkəzində qeyd olunan imtahanların materiallarının emalı prosesi davam etdirilir. Yoxlama prosesi mütəmadi olaraq DİM-in saytı vasitəsilə canlı yayımlanır. Nəticələr aprelin 25-dən etibarən imtahan keçirilən zonaların ardıcıllığına uyğun mərhələ-mərhələ elan olunacaq.