• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 679
— 10.04.2019 11:02

Apple şirkəti Beats brendinin yeni naqilsiz qulaqlıq modelini təqdim etdi

Naqilsiz Apple AirPods 2 qulaqlıqlarının satışa çıxmasından iki həftə sonra Apple şirkəti yeni naqilsiz qulaqlıqları təqdim edib. Lakin bu dəfəki qulaqlıqlar Beats brendinə aiddir. Təqdim edilmiş Beats Powerbeats Pro qulaqlığı SoC Apple H1 prosessoru ilə təchiz olunub. AirPods 2 də bu prosessora sahibdir. Bu qulaqlıqlar aktiv həyat tərzi üçün nəzərdə tutulub. Buna görə də onların bir dəfə şarj olunandan sonra çalışma vaxtları 9 saata kimi yüksəldilib, qulaqlıqlara sudan qorunma özəlliyi əlavə edilib və onlar naqillərdən məhrum olublar. Powerbeats Pro da AirPods 2 kimi xüsusi keys vasitəsilə şarj olunur. Bundan əlavə olaraq yeni qulaqlıq həmçinin Fast Fuel adlı sürətli enerji yığma texnologiyasını da dəstəkləyir.

5 dəqiqə şarj olunandan sonra Powerbeats Pro qulaqlığı 1.5 saat çalışa bilir. Powerbeats Pro 4 rəng seçimində satışa çıxacaq: Ağ, qara, göv və qəhvəyi. Onun qiyməti isə 250$ təşkil edəcək. Qulaqlığın satış tarixi barəsində məlumat verilməsə də şirkətin saytında onun yaxın zamanda satışa çıxacağı qeyd olunub.