• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1192
— 10.04.2019 11:01

İlk Skoda RS-krossoveri şimal qütbündə sınandı

Gücləndirilmiş Skoda Kodiaq RS 21 saata Finlandiyanın Roveniemi şəhərindən Norveçin Nordkap burnuna qədər 1417 kilometr məsafə qət edib. Marşrut qarlı yollardan, o cümlədən Şimal Qütb dairəsindən keçib. Ağır hava şəraiti hərəkəti qəlizləşdirib. Belə ki, yolboyu 70 km/saat sürətlə külək əsib, temperatur isə -20 dərəcə təşkil edib. Maşın yolda yalnız bir dəfə dayanıb, o da yanacaq doldurma məntəqəsində. Avtomobilin ortalama sürəti 67 km/saata bərabər olub. Skoda Kodiaq RS 2,0 litrlik 240 at güclü motorla şütüyür. 7 pilləli robotlaşdırılmış sürət qutusuna malik krossover yüzü 7 saniyəyə yığır. 220 km/saat isə onun maksimal sürətidir.