• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 690
— 09.04.2019 19:18

Sumqayıt sakini narkotiklə saxlanılıb

KepezTV Player

Sumqayıt sakini Mingəçevirdə narkotiklə tutulub. Şəmşir Əmiraslanov şəhər polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Onun üzərinə baxış zamanı narkotik vasitələrlə yanaşı, bıçaq da aşkarlanaraq götürülüb. Dindirmə zamanı saxlanılan şəxs, Sumqayıtdan uzun yol qət edib Mingəçevirə gəlməkdə müəyyən planları olduğunu gizlətməyib. Havanın qaralmasını gözləyən şəxsin növbəti cinayət əməlini polis əməkdaşları vaxtında müəyyən edərək qarşısını alıblar. Əvvələr də məhkumluq həyatı yaşayan Şəmşir Əmiraslanov narkotik vasitələrin istifadəçisi olduğunu etiraf edib, əməlindən peşiman olduğunu deyib. Faktla bağlı araşdırmalar davam etdirilir.