• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1112
— 09.04.2019 19:21

Bir ölkənin 10 milyonuncusu

KepezTV Player

Məkan, Respublika Perinatal Mərkəzi, tarix 6 aprel, saat 03:30. Dünyaya bir ölkənin 10 milyonuncu vətəndaşı göz açır. Onu həmin gecə mərkəzdə doğulan digər 3 körpədən fərqləndirən məqam da sıra sayı idi. Valideynləri - Rauf və Nigar cütlüyü isə gecə boyunca məsələdən xəbərsiz qalır. Ta ki, mərkəzin həkim heyəti və yaxınlarından gələn xəbərlərədək.

Rauf Həsənov - 10 milyonuncu vətəndaşın atası: 10 milyonuncu söhbətini mənə əmimoğlu səhər tezdən mən işdə olarkən çəkib göndərdi ki, bəs gözün aydın bizim körpəmiz 10 milyonuncudu. Mən də çox sevindim. Elə ailəm, qohumlarım hamısı çox sevindi ki, bu körpə dünyaya gəldi.

10 milyonuncu sakinin valideyni olmağın nə demək olduğunu ən yaxşı onlar bilir.

Nigar Ocaqova - 10 milyonuncu vətəndaşın anası: Sözlə ifadə edəcək qədər deyil də. Çox sevindirici haldır ki, ölkənin 10 milyonuncu sakininin anası olmaq. Prezidentimizin gəlişi bizim üçün ikiqat bayram oldu. Çox sağolsunlar. Hər bir göstərdikləri qayğıya görə.

Bir neçə gündür ölkə gündəmini zəbt edən bu hadisənin yaşandığı Respublika Perinatal Mərkəzi də təbii ki, 10 milyonuncu vətəndaşın doğuşuna ev sahibliyi etməkdən qürur duyur.

Sevinc Məmmədova - baş mama-ginekoloq: Hamiləliyi fəsadsız keçib. 5 gün ərzində Respublika Perinatal Mərkəzinin bütün kollektivi tərəfindən Nigara və onun balaca Mehribanına qayğı göstərilib. Bugünki gündə uşağa peyvəndləri vurulmuş vəziyyətdə evə yola salırıq.

3,6 kiloqram ağırlığı, 52 santimetrlik boyu ilə doğulan körpə bu gün, dünyaya göz açdığı mərkəzdən Həsənovlar ailəsinin evinə yola salınıb. Say isə yerində qalmır. 10 milyonun davamı gəlir.