• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1137
— 09.04.2019 15:57

Silahlar müsadirə olundu

KepezTV Player

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları daxil olmuş məlumat əsasında əməliyyat tədbiri keçiriblər. Xocavənd rayon sakini Sədi Nəzərovdan “Toz-8” markalı odlu silah və 59 ədəd patron aşkar edilərək götürülüb.

Ağcabədi RPŞ əməkdaşlarının keçirdikləri daha bir əməliyyat-axtarış tədbiri nəticəsində qanunsuz silah-sursat saxlamaqda şübhəli bilinən Avşar kənd sakini İlqar İsmayılov da saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman qanunsuz olaraq saxladığı 1 ədəd “Revolver” markalı tapança və 1 ədəd patron aşkar edilərək götürülüb. Silah-sursat maddi sübut kimi ekspertizaya təqdim olunub.

Ağcabədi RPŞ əməkdaşları tərəfindən həmçinin rayon ərazisində silsilə oğurluqlar edərək insanların külli miqdarda əmlakını ələ keçirən şəxs də yaxalanıb. Belə ki, zərərçəkən rayon sakinləri müxtəlif vaxtlarda RPŞ-yə ərizə ilə müraciət edərək onlara məxsus evlərdən qızıl-zinət əşyalarının və pulun oğurlandığı barədə məlumat veriblər. Həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisində çoxsaylı cinayətlər törətməkdə şübhəli bilinən Elnur Talıbov saxlanılıb.

Hər üç faktla bağlı Ağcəbədi Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.